"Avropa İttifaqı", Rusiyaya qarşı sanksiyaların pozulmasına görə tətbiq edilən cinayətləri və cəzaları bütün üzv dövlətlərdə eyniləşdirməyə hazırlaşır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, cinayətlər və "Aİ" sanksiyalarının pozulmasına görə cəzalar uyğunlaşdırılacaq. Məhdudlaşdırıcı tədbirlərin pozulmasının bütün üzv dövlətlərdə eyni şəkildə araşdırılmasını, mühakimə olunmasını və cəzalandırılmasını təmin etmək üçün "Aİ"nin ümumi qaydaları tətbiq olunacaq. "Aİ"nin məhdudlaşdırıcı tədbirlərindən yayınma və ya pozma da cinayətlər siyahısında olacaq.


Bu çərçivədə cinayət törədən şəxslərə 5 ilə qədər həbs cəzası verilə bilər.