"Google Chrome 108" yeniləməsinin buraxılması ilə yeni "Enerjiyə qənaət" funksiyasını təqdim etməyə başlayır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, gündəlik istifadədə batareya istifadəsinə çox müsbət təsir edəcəyi gözlənilən bu xüsusiyyət bir çox istifadəçi üçün vazkeçilməz ola bilər. Yeni batareya rejiminin nə qədər enerjiyə qənaət edəcəyi hələ dəqiq deyil. Bununla belə, belə bir rejimin təmin edəcəyi əlavə vaxt çox vacibdir. "Aşağı Batareya Rejimi" hələ bütün istifadəçilər üçün əlçatan deyil.
Əgər yeniləmə avtomatik olaraq baş verməyibsə, siz brauzerinizi "Windows", "Mac" və ya "Linux"da yuxarı sağ küncdəki üç nöqtəyə klikləyərək və "Yardım" > "Google" haqqında seçərək yeniləyə bilərsiniz.