"Formula 1", Dünya Çempionatının 2023-cü il təqvimində yer alan Çin, Qran Prisi "Covid-19" epidemiyasının yaratdığı təşkilati çətinliklərə görə ləğv edilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, pandemiya səbəbindən 3 mövsüm keçirilə bilməyən yarış növbəti ilin təqvimindən silinməli olub. "Formula 1"in saytında verilən açıqlamada 2023-cü il aprelin 16-da Şanxay şəhəri ilə eyniadlı trasda keçirilməsi planlaşdırılan yarışın ləğv edildiyi bildirilib. 24 yarışdan ibarət təqvimdəki boşluğu doldurmaq üçün alternativlərin qiymətləndiriləcəyi bildirilib.