Çin daşınmaz əmlak nəhəngi "Evergrande"nin sahibi Hui Ka Yan sosial mediada intihar etdiyinə dair iddialara qarşı menecerlərə səsli mesaj göndərib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki,dünyanın ən çox borcu olan daşınmaz əmlak şirkəti "Evergrande"nin qurucusu Hui Ka Yan sosial mediada yayılan intihar iddiasına qarşı 100-ə yaxın idarəçiyə səsli mesaj göndərib. Hui, göndərdiyi 50 saniyəlik səsli mesajda tikinti layihələrinin davam etdirilməsinin əhəmiyyətindən danışıb. Kredit böhranının mərkəzində olan "Evergrande", Çinin daşınmaz əmlak sektoruna və ölkədəki böyüməyə mənfi təsir göstərir.