Çində ilin ilk 10 ayında faktiki istifadə edilən xarici kapital illik yüzdə 14,4 artımla 151 milyard 907 milyon dollara çatarkən, xarici kapitallı müəssisələr yeni investisiyalar edəcəklərini açıqlayıblar.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ölkədəki “sıfır Covid” siyasəti səbəbindən müəssisələrin fəaliyyəti dayandırılan Çində ilin ilk 10 ayında faktiki istifadə edilən xarici kapital 151 milyard 907 milyon dollara çatıb. Noyabrın 10-da başa çatan 5-ci "Çin Beynəlxalq İdxal Sərgisin"də imzalanan müqavilənin həcmi 73,52 milyard dollara yüksəlib.