Qarşıdakı 4 il ərzində London şəhərinin Vestminster rayonunda "ağıllı" işıq dirəklərinin quraşdırılması üzrə layihəyə start veriləcək. Onları "iPad" üçün yazılmış mobil tətbiq vasitəsilə məsafədən idarə etmək mümkün olacaq. Layihəyə 3,25 milyon funt-sterlinq xərclənəcəyi güman edilir. 14 min "ağıllı" lampa quraşdırılacaq.
Layihənin təşəbbüskarları, həmçinin şəhər rəhbərliyi qeyd ediblər ki, 2015-ci ildən etibarən "ağıllı" küçə işıqları vergi verənlərə hər il 420 min funt-sterlinqə qədər qənaət etməyə imkan verəcək.