“Twitter” istifadəçilərin brendləri və şəxsləri təqlid etmək üçün xidmətdən sui-istifadə etdiyinə görə ödənişli yoxlamaları dayandırıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Twitter", bəzi istifadəçilərin brendləri və məşhurları təqlid etmək üçün ondan sui-istifadə etməsi səbəbindən aylıq 7,99 dollarlıq mavi abunə xidmətini dayandırıb. "Twitter" xidməti bu həftənin əvvəlində "iPhone" tətbiqi vasitəsilə istifadəyə verib və istifadəçilərə əvvəllər hesabın təsdiqi və ya rəsmi olduğunu göstərmək üçün istifadə edilən işarəni almağa imkan verib.