Mask, nağd pul kəsirinin dayandırılmadığı təqdirdə iflasın mümkün olduğunu söyləyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, “Twitter”in rəhbərliyinə gəldikdən sonra işçilərinin yarısını işdən çıxaran və yüksək menecmenti kəskin şəkildə dəyişən Mask hələ də investorları öz biznes modelinə inandıra bilməyib. "Wall Street" bankları Maska verdikləri 13 milyard dollarlıq kredit üçün alıcı tapa bilmirlər, ona görə də onu balanslarından çıxara bilmirlər. Kreditlə maraqlanan bəzi investorlar 1 dollar üçün 60 sent təklif edirlər.