"ABŞ"ın elektrikli avtomobil istehsalçısı "Tesla", Çində tələb gözləntiləri qarşılaya bilmədiyi üçün Şanxay fabrikində istehsalı azaltmağı planlaşdırdığı bildirilir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qərarla ümumi istehsalın 20 faiz azalacağı təxmin edilir. Mövzunu şərh edən mənbələr bildiriblər ki, avtomobil istehsalçısı daxili bazarda qısamüddətli fəaliyyətini qiymətləndirdikdən sonra bu qərarı verib. Çində tələbat artarsa, şirkətin istehsalı yenidən artırmaq üçün çevik olacağı da bildirilib.