"Twitter" və "İnstagram"a qadağa qoyulan Kanye West "Parler"i almaq istəyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Kanye Westin antisemit paylaşımlarına görə "Twitter" və "İnstagram"da qadağan edilməsindən sonra almaq istədiyi "Parler", müqavilənin ləğv edildiyini və Westin şirkəti satın almayacağını bildirib. "Parler"in açıqlaması Kanye Westin sui-qəsd nəzəriyyəçisi Aleks Cons ilə antisemit ifadələr işlətdiyi müsahibədən sonra verilib.


Digər tərəfdən, Elon Musk platformaya girişi qadağan edilən bir çox adın qarşısındakı maneələri aradan qaldırdıqdan sonra West, "Twitter"ə qayıtdı.