"Avropa İttifaqı" bütün rəqəmsal aktiv xidməti təminatçılarından "Aİ" daxilində aparılan əməliyyatlar barədə hesabat verməsini tələb edən qanun layihəsi hazırlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, təsdiqlənəcəyi təqdirdə 2026-cı ildə qüvvəyə minməsi gözlənilən layihə artan kriptovalyuta sənayesində vergidən yayınmanın qarşısını almaq məqsədi daşıyır. Vergi sistemində şəffaflığın artırılması paketinin bir hissəsi olan "Aİ"nin icra hakimiyyətinin təşəbbüsü, ittifaq sərhədləri daxilində yaşayan sakinlərə kriptovalyutaların ticarətindən və ya investisiyalarından əldə etdikləri gəlirdən vergi ödəməyə imkan yaratmaq məqsədi daşıyır.