IDC analitik şirkəti bu ilin üçüncü rübündə mobil cihazların dünya bazarının inkişafının yekun nəticələrini hesablıyıb. Daha doğrusu, əməliyyat sistemlərinin məşhurluğ reytinqi hazırlamışdır və bunun əsasında satılan smartfonların sayı müəyyən olmuşdur. Ekspretlərin verdiyi məlumata görə, hesabat dövründə ƏS Android əsaslı çalışan 136 milyon smartfon satılıb və bu bazarın 75%-ni təşkil edir (üçüncü rübdə 181,1 milyon smartfon satılmışdır).

IDC şirkətinin hesablamalarına görə, bir il ərzində Android əsaslı satılan smartfonların sayı 91,5% artıb və ümumi bazarın həçmindən, yəni 46,4% artımından, iki dəfə artıqdır. İkinci yerdə ən məşhur əməliyyat sistemi, 14,9% bazar payı ilə, IOS-dur (26,9 milyon ədəd satış). Daha sonra, bazarın 4,3%-i təşkil edən və 7,7 milyon smartfon satışı ilə BlackBerry ƏS; bazarın 2,3%-i təşkil edən və 4,1 milyon smartfon satışı ilə Symbian və bazarın 2%-i təşkil edən və 3,6 milyon smartfon satışı ilə Windows Phone 7 / Windows Mobile gəlir. Son platforma isə tezliklə Windows Phone 8 yeni versiyası əsasında modellərin buraxılması ilə daha məşhur ola bilər.