"Avropa İttifaqı"nın xarici işlər nazirləri bu gün Rusiya və İrana qarşı sanksiyaları müzakirə edəcəklər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Avropa İttifaqı"na üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə bir araya gələrək Rusiya və İrana qarşı daha çox sanksiyaların tətbiqi, Ukraynaya silah yardımı fonduna 2 milyard avro vəsaitin köçürülməsini müzakirə edəcəklər. Bununla belə, "Aİ"nin Macarıstana bəzi fond ödənişlərini dayandırması fonunda Macarıstanın "Aİ" xarici işlər nazirlərinin iclasında bəzi qərarlara veto qoya biləcəyi bildirilir.