"Avropa Şura"sı üzv ölkələrin Ukraynaya 18 milyard avro yardım göstərilməsi paketinin qəbul edildiyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, sözügedən kreditin 10 il müddətində geri qaytarılmayacağına diqqət çəkilib və kreditin faiz xərclərinin böyük hissəsinin üzv ölkələr tərəfindən qarşılanacağı qeyd edilib. Borc təminatının üzv dövlətlər tərəfindən veriləcəyi bildirilən açıqlamada məqsədin Ukraynaya dəstək olduğu vurğulanıb.


Bəyanatda qeyd olunub ki, resurs Ukraynanın təcili ehtiyaclarının maliyyələşdirilməsi və kritik infrastrukturun təmiri kimi sahələrə yönəlib.