"Avropa İttifaqı"na üzv ölkələr Macarıstana veriləcək 6,3 milyard avroluq birlik vəsaitinin dayandırılması və "Covid"in iqtisadi nəticələrinə qarşı ölkənin ümumilikdə 5,8 milyard avro qrant almasına imkan verəcək bərpa planını təsdiqləməyə qərar verib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurası, üzv dövlətlərin nümayəndələrinin "AB" büdcəsini qanunun aliliyinə bağlayan mexanizm çərçivəsində Macarıstana veriləcək vəsaitlərin vəziyyəti və qiymətləndirilməsi ilə bağlı qərarlar qəbul etdiyini açıqlayıb. Üzv dövlətlərin birliyin büdcəsinin qorunması ilə bağlı qərarın ixtisaslı səs çoxluğu ilə qəbul edildiyinə diqqət çəkilərək, Macarıstanın dövlət satınalmaları, araşdırma prosedurları və korrupsiya ilə mübarizə kimi sahələrdə problemlərinin olduğu qeyd edilib.