"Tesla"nın bazar dəyəri 500 milyard dollardan aşağı düşüb, onun rəhbəri İlon Mask isə milyarderlər reytinqində ikinci yerə düşüb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Tesla" səhmlərinin düşməsindən sonra dünyanın ən varlı adamı "Louis Vuitton"un rəhbəri Bernard Arnault olub. Maskın sərvəti 163,6 milyard avroya qədər azalıb.


Maskın sərvəti bir gündə 4 milyard dollar azaldığı halda, 2022-ci ildə ümumi sərvət itkisi 106 milyard dolları keçib.