Ümumi illik dövriyyəsi ən azı 750 milyon avro olan çoxmillətli və ya yerli şirkətlər mənfəətlərinin ən azı 15 faizini vergiyə cəlb edəcəklər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Avropa Şura"sı üzv ölkələrin nümayəndələrinin beynəlxalq vergitutma ilə bağlı razılığa gəldiyini açıqlayıb. Müqavilə ilə bağlı üzv dövlətlər arasında yekdilliyin əldə edildiyi vurğulanaraq, rəsmi təsdiq prosesinin yazılı şəkildə həyata keçiriləcəyi qeyd edilib.
Açıqlamada, tənzimləmənin effektiv tətbiqinin aşağı korporativ vergi yarışının qarşısını alacağına diqqət çəkilib.