"Epic Games", dünyanın ən çox izlənən "YouTube" məzmun istehsalçısı "MrBeast"in "Fortnite"də görünəcəyini təsdiqləyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dünyanın ən çox izlənən "YouTube" məzmun prodüseri "MrBeast", "Fortnite"ın bu yaxınlarda yayımlanan yeni mövsüm treylerində yer alıb. "MrBeast"in treylerdə görünməsi onun oyunda iştirak edəcəyinin sübutu olaraq görülsə də, "Epic Games"dən "MrBeast" ilə müqavilənin detalları ilə bağlı açıqlama gəlib.