İngiltərədə xüsusilə enerji və ərzaq qiymətləri səbəbiylə son 41 ilin zirvəsini görən inflyasiya bazarlarda 21 ayda ilk dəfə azalıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Kantar anket şirkətinin ölkədəki 'bazar inflyasiyası' ilə bağlı apardığı araşdırmaya görə, təxminən 2 ildən sonra bu nisbət yüzdə 0,1 azalaraq 14,6% olub.


Kantar onu da əlavə edib ki, noyabrın 20-də başlayan Futbol üzrə Dünya Kuboku satışlarda ciddi artım yaratmayıb.