“Microsoft” şirkəti 27 yaşlı “Internet Explorer” internet brauzerinin kompüterlərdən nə vaxt silinəcəyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 14 fevral 2023-cü il, qalan bir neçə "Internet Explorer" istifadəçisi üçün son tarix olacaq.


İlk dəfə 1995-ci il avqustun 16-da Windows 95 üçün buraxılan "Internet Explorer" o dövrdə çox məşhur idi. Ancaq illər keçdikcə daha çox funksiya təqdim edən "Google Chrome", "Mozilla Firefox" və "Brave" kimi proqramlar ön plana çıxıb.