Google-un dünya üzrə məlumat mərkəzləri keçən il soyutma üçün 15 milyarddan çox su sərf edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-da yerləşən texnologiya nəhəngi Google, dünyadakı məlumat mərkəzlərində milyardlarla litr su istifadə edir.


Açıqlanan məlumatlara görə, 2021-ci ildə Google məlumat mərkəzlərinin dünyada istehlak etdiyi suyun miqdarı 15 milyard litrdən çoxdur. Şirkət təkcə ABŞ-da 15 milyard litr suyun 80 faizini istifadə edib. Qalan 20 faiz isə digər ölkələrə paylanıb.


Hesabat həmçinin göstərir ki, obyektlərin sudan istifadəsi beş il ərzində təxminən üç dəfə artıb.