Sloveniyada noyabr ayında keçirilən seçkilərdə qalib gələn və ölkənin ilk qadın prezidenti olan Natasa Pirc Musar and içdikdən sonra vəzifəsinin icrasına başlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Sloveniya parlamentində keçirilən andiçmə mərasimində Pirc Musar 10 ildir prezident olan Borut Pahordan sonra ölkənin ilk qadın prezidenti kimi fəaliyyətə başlayıb.
Pirc Musar hər gününü Sloveniya xalqına həsr edəcəyini bildirib və güclü Avropanın müdafiəçisi olduğunu bildirib.
Bildirilib ki, Sloveniyanın ilk qadın və 5-ci prezidenti olan 54 yaşlı Pirc Musar ilk səfərini Qərbi Balkan ölkələrinə planlaşdırır.