Məişət elektronikası istehsalçısı Casper 2022-ci ili 10 faizlik artımla bağlamağa hazırlaşır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, planşet, kompüter, oyun monitoru və smartfon istehsalçısı Casper bu ili 10 faizlik artımla başa vurur. 600 nəfərlik heyəti ilə yerli istehsal həyata keçirən şirkətdə 50 faiz yerli istehsal var. Casper Baş Direktorunun Əməliyyatlar üzrə müavini Feray Karaman, istehsalın davamlılığı siyasətləri çərçivəsində bu il günəş elektrik stansiyası investisiyası ilə istehsal prosesində istifadə olunan bütün enerjini bərpa olunan enerji mənbələrindən təmin edəcəklərini açıqlayıb.