Böyük Britaniya 2022-ci ildə 74 terawatt-saat külək enerjisi istehsal etməklə 2020-ci ildə 68 terawatt-saat külək enerjisi istehsalı rekordunu qırıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Avropa iqtisadiyyatına 1 trilyon dollardan çox ziyan vurduğu deyilən enerji böhranının idarə olunmasında külək enerjisi mühüm əhəmiyyət kəsb edir.


Böyük Britaniya külək enerjisi istehsalı baxımından Avropanın ən əlverişli hava şəraitinə malik ölkələr sırasındadır. Digər Avropa ölkələri ilə müqayisədə Böyük Britaniya küləyin daha güclü və dayanıqlı olduğu dənizin üstündə yerləşən külək turbinlərinin sayına görə lider ölkədir. Ölkənin elektrik şəbəkəsi operatoru olan Milli Şəbəkədən verilən məlumata görə, külək stansiyaları bu il 74 terawatt saat enerji istehsal edib ki, bu da 19 milyon evin ehtiyacını ödəməyə kifayət edəcək və 2020-ci ildəki 68 terawatt saatlıq rekordu qırıb.