Polşa Fransadan 575 milyon avroya 2 müşahidə peyki alacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki,


Polşanın müdafiə naziri və baş nazirin müavini Mariuş Blaşçak Fransa ilə müşahidə peyki alınması ilə bağlı müqavilə imzaladıqlarını açıqlayıb. Polşa Silahlanma Agentliyindən verilən açıqlamada razılaşmanın dəyərinin 575 milyon avro olduğu bildirilib. Airbus Defence & Space tərəfindən istehsal olunacaq peyklər 2027-ci ilə qədər kosmosa buraxılacaq.