Noyabr ayında idxalın azalması səbəbindən ABŞ'ın ticarət kəsiri təxminən iki ilin ən aşağı səviyyəsinə enib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ'da ticarət kəsiri keçən ay yüzdə 15,6 azalaraq 83,3 milyard dollar olub. Beləliklə, ticarət kəsiri noyabr ayında təxminən iki ilin ən aşağı səviyyəsinə çatıb. Oktyabrda ticarət kəsiri 98,8 milyard dollar təşkil edib.


İxracat isə yüzdə 3,1 azalaraq 168,9 milyard dollar olub.