Süni intellekt tərəfindən dəstəklənən "Taplio", qeyd etdiyiniz açar sözlərlə maraqlandığınız mövzular haqqında məzmun istehsal edən dünyanın bir çox istifadəçisini bir nöqtədən izləməyə imkan verir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2021-ci ildə Tom Jacquesson və Tibo Louis-Lucas tərəfindən işə salınan "Taplio" daha yaxşı "LinkedIn" məzmunu yaratmaq, yazıları lazımi vaxtda planlaşdırmaq və "LinkedIn" şəbəkənizi gücləndirmək məqsədi daşıyır. Süni intellekt infrastrukturu sayəsində sahənizdə məzmun istehsal edən istifadəçiləri qeyd etdiyiniz açar sözlər əsasında bir nöqtədən sizə çatdırır.