"ABŞ Əmək Departamenti" həftəlik işsizlik müraciətləri ilə bağlı məlumat açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, işsizlik müavinəti üçün müraciətlər 24 dekabr ilə bitən həftədə 9 min artaraq 225 minə yüksəlib. Ötən həftə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 216 min olaraq qeydə alınıb.