Yanvarın 10-dan etibarən Microsoft, Windows 7 və 8 üçün təhlükəsizlik yeniləmələrini də dayandıracaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Windows 7 istifadəçiləri 2020-ci ildə təhlükəsizlik yeniləmələri ilə əslində qismən vidalaşmışdılar. Bununla belə, Microsoft ödəniş qarşılığında təhlükəsizlik yeniləmələrini buraxmağa davam edirdi.


Qeyd edək ki, təhlükəsizlik yeniləmələrinin olmaması ilə əməliyyat sistemində aşkar edilmiş və ya aşkar ediləcək mümkün kritik xətaların qarşısı alınmayacaq.