Qətər 2023-cü ildə bir sıra yerli və beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməyə hazırlaşır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Qətər Olimpiya Komitəsindən verilən açıqlamada ölkənin yeni ildə müxtəlif oyun və idman növləri üzrə 81 turnirə ev sahibliyi edəcəyi bildirilib. İlin ilk idman tədbirləri yanvar ayında Qətər Voleybol Assosiasiyasının çimərlik voleybolu turniri ilə başlayacaq. Qətər Voleybol Assosiasiyası fevral ayında Elit 16 Dünya Voleybol Çempionatını təşkil edəcək.
Qeyd edək ki, BBC-nin keçirdiyi sorğuda “Qətər 2022 Dünya Kuboku”nun 21-ci əsrin ən yaxşı Dünya Kubokları siyahısında birinci yerdə olduğu bildirilib.