Fevral ayında ABŞ-da baxılacaq məhkəmədə hüquqi məsləhət xidmətində süni intellekt texnologiyasından istifadə ediləcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, süni intellekt smartfonda işləyəcək və müttəhimə qulaqcıq vasitəsilə nə deyəcəyi barədə məsləhət verəcək.
Bundan əvvəl o, fevralda məhkəmə zalında çıxışları dinləyəcək. Məhkəmənin yeri və təqsirləndirilən şəxsin adı sözügedən süni intellekt texnologiyasını hazırlayan DoNotPay şirkəti tərəfindən məxfi saxlanılır.