NASA-nın 1984-cü ildə kosmosa buraxdığı radiasiya peyki ERBS-nin bu gün Yer atmosferinə daxil olacağı gözlənilir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2005-ci ildə missiyasını başa vuran peykin böyük hissəsinin atmosferdə yanacağı, bəzi hissələrinin isə Yerə düşə biləcəyi bildirilir. İllərdir Yer ətrafında dövr edən 2500 funtluq peykin Yer atmosferinə daxil olacağı gözlənilir.
Bu giriş zamanı ERBS-nin böyük bir hissəsi yanaraq kül olacaq.