Dəfələrlə dünyanın ən yaxşı restoranı seçilən Kopenhagendə yerləşən “noma” restoranı 2024-cü ilin sonunda qapılarını bağlayacağını açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, restoran "Dünyanın 50 ən yaxşı restoranı" siyahısında ilk 3-lükdə yer alır. Dünyanın bir çox yerindən rezervasiya edərək gələn turistlər restoranda adambaşına 500 dollar ödəyirdilər. Üç Michelin Star restoranının İnstaqram hesabından edilən açıqlamada "noma olmağa davam etmək üçün dəyişməliyik. 2024-cü ilin qışı nomanın son mövsümü olacaq", - qeyd edilib.
Restoran yazda martın 15-dən mayın 20-dək iki ay müddətinə Kyotoda müvəqqəti olaraq açılacaq.