Dünya miqyasında 2022-ci il tarixdə ölçülən ən isti 5-ci il, Avropada isə 2-ci ən isti il ​​olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, son 8 il isə "ən isti 8 illik dövr" kimi qeydə alınıb.


Ötən il orta illik temperatur 1991-2020-ci illərin istinad dövründən 0,3 dərəcə yüksək olub. 1850-1900-cü illərlə müqayisədə temperatur 1,2 dərəcə artıb. Atmosferdə karbon qazının konsentrasiyası son illərdə olduğu kimi təxminən 2,1 ppm artıb.