İlon Mask Ginnesin Rekordlar Kitabı tərəfindən "tarixdə ən böyük şəxsi sərvət itkisi"nə görə mükafatlandırılıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, rəsmi sənədlərə görə, Mask 2021-ci ilin noyabr ayından bəri ümumilikdə 182 milyard dollar itirib.
Maskın sərvətinə xüsusilə Tesla səhmlərinin azalması təsir edib. 2021-ci ildə 320 milyard dollarla "sərvət rekordu"nu qıran Maskın Forbes məlumatlarına görə 2023-cü ilin yanvarına olan sərvəti 138 milyard dollardır.