"Apple", "Apple Books"dakı hər kitabın süni intellekt vasitəsilə səsləndiyi yeni audiokitab tətbiqini elan edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət "Apple Books" audiobook tətbiqini və onun təfərrüatlarını açıqlayıb. Həmçinin, yeni tətbiqi ilə audiokitablara artan tələbatı qarşılamağı hədəfləyir. "Apple Books" elektron kitab faylını yüksək keyfiyyətli audiokitaba çevirmək üçün rəqəmsal hekayə texnologiyasında süni intellektdən istifadə edir.


Təkcə ABŞ-da 2020-ci ildən bəri audiokitabları dinləyən insanların nisbəti hər il orta hesabla 40 faiz artıb. "Amazon", "Storytel", "Google", "Scribd" kimi böyük oyunçuların olduğu qlobal audiokitab bazarında böyük auditoriyaya çıxış kimi böyük rahatlıq təmin edən "Apple Books"un təklif etdiyi audiokitab yaratma xüsusiyyəti bazar dinamikasını tamamilə alt-üst edə bilər.