Hesablamalara görə, 2050-ci ilə qədər bütün dünyada sıfır emissiyaya keçid 10,3 trilyon dollar dəyərində yeni sənaye sahələri yaradacaq.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ildən-ilə daha çox narahat edən qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün yeni texnologiyalar və təcrübələr ortaya çıxır. Gələcəkdə yaşıl iqtisadiyyatın daha da ön plana çıxacağı bildirilən hesabata görə, yaşıl iqtisadiyyata keçiddə müəyyən ediləcək strateji iqtisadi siyasətlər vacibdir.
Dayanıqlı ətraf mühitə və yaşıl iqtisadiyyata keçidin 2050-ci ilə qədər qlobal iqtisadiyyatda böyük imkanlar yaratdığına diqqət çəkən hesabatda təmiz enerjiyə keçidin bütün sənaye sahələrində rəqabəti artıracağı bildirilib.