“Microsoft” şirkəti ABŞ-dakı bütün tam ştatlı işçiləri üçün onların maaşlarını da ödəyəcəkləri üçün limitsiz məzuniyyət proqramı işə salıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin İnsan Resursları departamentinin rəhbəri Ketlin Hoqan işçilərə elektron məktub göndərərək Microsoft-un indi öz işçilərinə qeyri-məhdud məzuniyyət verəcəyini bildirib. Bu qayda yalnız ABŞ-da tam ştatlı Microsoft işçilərinə şamil ediləcək.
Arzu edən işçilər istədikləri vaxt məzuniyyət götürə bilərlər. Bundan əlavə, 10 günlük iş səyahəti, ölüm məzuniyyəti, psixi sağlamlıq məzuniyyəti, xəstəlik məzuniyyəti də veriləcək. İndiyədək icazədən istifadə etməyən işçilər isə aprel ayında ödənişlərini alacaqlar.