Avropalıların ən böyük narahatlığı yaşayış xərcləridir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Avropa Parlamentinin mütəmadi olaraq etdiyi Eurobarometer sorğusuna əsasən, Aİ vətəndaşlarının 93 faizi yaşayış xərclərini əsas qayğıları kimi görür. Bildirilib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlarını ən çox narahat edən yaşayış xərcləridir.


Bütün Aİ ölkələrində vətəndaşların ən azı 70 faizi əsas maddələrdə, xüsusilə enerji və qidada xərc artımından şikayətlənsə də, Yunanıstanda bu nisbət yüzdə 100, Yunan Kiprində yüzdə 99, İtaliya və Portuqaliyada yüzdə 98 olub.