“Volkswagen” və “Audi”nin 2022-ci ildə neçə avtomobil satdığı bəlli olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, “Volkswagen” markasının açıqlamasına görə, şirkətin 2022-ci ildə satışları 6,8 faiz azalaraq 4,56 milyon olub. Bu satışların 330 mini elektrikli avtomobillər olub.


"Audi" markasınnın açıqlamaya görə, şirkət ötən il ərzində 1 milyon 614 min 231 avtomobil satıb. Bu rəqəm 2021-ci illə müqayisədə 3,9 faiz azdır. Əlavə olaraq, "Audi"nin elektrikli avtomobil satışı 118 min 196 olaraq qeyd edilib. Elektrikli avtomobil satışları isə 42,8 faiz artıb.