“İlin avtomobili” mükafatı Avropanın 23 ölkəsindən olan 59 jurnalist münsiflər heyəti tərəfindən verilir. Amma bu il Ukraynanın işğalı ilə rusiyalı münsiflər heyətinə səsvermə dayandırılıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, nəticəyə əsasən, Jeep Avenger 328, ID.Buzz 241, Nissan Ariya isə 211 xal toplayıb. Digər namizədlər Kia Niro 200, Renault Austral 162, Peugeot 408 149 və Subaru Solterra 133 xal toplayıb.