ABŞ-da bankların dördüncü rübün nəticələri açıqlanmağa başlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, banklarda ixtisarlar olduğu halda, JPMorgan və Bank of America işçilərinin sayında artım müşahidə olunub.
JPMorgan-ın işçi sayı ötən rübdə 2% artaraq 288 474 nəfərdən 293 723 nəfərə çatıb. Bu rəqəm 2021-ci ilin dördüncü rübündə 271 min 25-dən 8 faiz çox olub. Bank of America-nın ümumi işçilərinin sayı son rübdə 216.823 nəfərə yüksəlsə də, bu rəqəm bankın bir il əvvəl olduğu 208.248 işçidən və əvvəlki rübdə olan 213.270 nəfərdən əhəmiyyətli dərəcədə yüksək rəqəm olaraq diqqət çəkir.