Ukrayna-Rusiya müharibəsi, təchizat problemləri və enerji böhranına baxmayaraq Almaniya iqtisadiyyatı ötən il 1,9 faiz artıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı məlumatlara görə, Almaniyanın ÜDM-i 2022-ci ildə 1,9 faiz artaraq bazar gözləntilərini üstələyib.
Beləliklə, Almaniya iqtisadiyyatı enerji böhranı səbəbindən 2021-ci ildəki 2,6 faizlik artımı aşa bilmədi. Bazar gözləntiləri keçən il iqtisadiyyatın 1,8 faiz böyüməsi idi.