Özbəkistan əhalisinin sayı 36 milyon 24 min 946 nəfərə yüksəlib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Özbəkistan Dövlət Statistika Agentliyindən verilən açıqlamada 1 yanvar 2022-ci ildə 35 milyon 271 min 346 olan əhalinin 1 yanvar 2023-cü il tarixinə 36 milyon 24 min 946 nəfərə çatdığı bildirilib.
Beləliklə, ölkə əhalisinin 753,6 min nəfər artdığı qeydə alınıb.