LG, Honda ilə birgə ABŞ-da 2200 nəfər üçün yeni iş yeri yaradacaq fabrik quracaq.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, LG Energy Solutions ABŞ-da Yaponiyanın avtomobil istehsalçısı Honda ilə birgə zavod quracaq. 2025-ci ilin sonuna qədər kütləvi istehsala başlamaq nəzərdə tutulur.
Birgə müəssisənin səhmlərinin 51%-i LG Energy Solutions-a, 49%-i isə Honda-ya məxsus olacaq.