Elektrikli avtomobillərində "EQ" brendindən istifadə edən Mercedes-Benz, elektrik avtomobilləri ilə bağlı ad strategiyasını dəyişir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Mercedes-Benz bir neçə ildən sonra elektrik avtomobilləri üçün EQ markasından istifadəni dayandıra bilər. Mercedes-in EQ markasını tərk etməsinin əsas səbəbi odur ki, artıq elektromobillər üçün ayrıca markadan istifadəyə ehtiyac yoxdur.
Ötən illərdə elektrikli avtomobillər üzərində işlərini sürətləndirən Mercedes-Benz 2030-cu ilə qədər tam elektriklə işləyən avtomobillərə keçməyi hədəfləyir.