Rusiya Baş nazirinin müavini Aleksandr Novak paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşdə Rusiya enerji sektorunun 2022-ci il üçün istehsal və ixrac rəqəmləri ilə bağlı açıqlama verib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak, ölkəsinin keçən il neft hasilatını və ixracını artırdığını ifadə edərək, "Neft və təbii qaz sektorundan əldə edilən büdcə gəlirləri 2022-ci ildə yüzdə 28 artaraq 2,5 trilyon rubla çatdı", - deyə qeyd edib.