Çin ötən il əhalisinin azaldığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çin əhalisi 800 min nəfər azaldığından Hindistan bu il dünyanın ən sıx məskunlaşan ölkəsi ola bilər. 2022-ci ilin sonuna qədər ölkə əhalisinin sayı 1 milyard 411 milyon 800 min olaraq qeyd edilərkən, 2021-ci ilin məlumatlarında Çin əhalisinin 1 milyard 412 milyon 600 nəfər olub.


Qeyd edək ki, Çin sonuncu dəfə 1960-1961-ci illərdə əhali azalması yaşayıb. 30 milyon insan quraqlıq və qıtlıq səbəbindən vəfat etmişdi.