Cənubi Koreyanın Samsung və LG Display şirkətləri arasında patent hüququ ilə bağlı mübahisə bu həftə yenidən davam edib. Belə ki, Samsung nümayəndəsi LG Display şirkətinin OLED texnologiyalara dair yeddi patentinin innovasiyaların olmaması səbəbindən qeyri-qanuni tanınması üçün yerli məhkəməyə müraciət edildiyini bildirib.
Bu patentlər LG Display-in sentyabrda Seul dairə məhkəməsində qaldırdığı iddiada yer almışdı. Bu iddiada LG Display bildirmişdi ki, Samsung istehsal etdiyi planşet kompüter və smartfonlarda onun OLED texnologiyası üçün müəlliflik hüququnu pozur. İddiada siyahısı göstərilən qurğulara Samsung Galaxy S2, Galaxy S2 HD, Galaxy S3, Galaxy Note və Galaxy Tab 7.7 modelləri daxildir. Bununla əlaqədar LG Display dəymiş ziyanın ödənilməsini, eləcə də bu qurğuların Cənubi Koreya ərazisində satışının qadağan edilməsini tələb edib.
Bir müddət əvvəl isə Samsung LG Display-i OLED texnologiyalara aid 18 işləmənin oğurlanmasında iştirakda təqsirləndirib. Ötən il baş vermiş bu oğurluqda Samsung Display ilə əlaqəsi olan 11 tərtibatçıdan 6-sı guya qarşı tərəflə əməkdaşlıq edib. Samsung-un hesablamalarına əsasən, məlumatın sızması ilə əlaqədar ona hər işləmə üçün 1 milyard von (920 min dollar) məbləğində maddi ziyan dəyib.