Rusiyanın xarici ticarət profisiti 2022-ci ildə əvvəlki ilə nisbətən 66 faiz artaraq 282,3 milyard dollara çatıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən edilən açıqlamada, ölkənin əsas ixrac məhsullarının dəyərindəki qlobal artımın ticarət məlumatlarına müsbət əks olunduğu ifadə edildi. Keçən il idxal həcminin də azaldığına diqqət çəkən açıqlamada, xarici ticarət profisitinin 2022-ci ildə əvvəlki ilə nisbətən 66 faiz artaraq 282,3 milyard dollara çatdığı qeyd edilib.
Açıqlamada, cari balansın profisitinin keçən il 2021-ci ilə nisbətən 86 faiz artaraq 227,4 milyard dollara çatdığı bildirilib.